MBASK “ZAZ”a görə iri sığorta ödənişi ödədi
06 Oktyabr 2010 Çərşənbə 10:25
Sığorta Şirkəti “ZAZ Sens” avtomobilinin sığortaçısına 8 900 manat məbləğində ödəniş edib.
“MBASK” Sığorta Şirkəti “ZAZ Sens” avtomobilinin sığortaçısına 8 900 manat məbləğində iri sığorta ödənişi həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin əvvəlindən “MBASK” Sığorta Şirkəti öz müştərilərinə 2 360 422 manatdan artıq məbləğdə ödəniş həyata keçirib, bunlardan 1 606 985 manatdan çoxu (68 faiz) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür.

Qeyd edək ki, “Client Сare” xidmətinin həyata keçirilməsi çərçivəsində “MBASK” şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq, “MBASK” şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması üzrə xidmətlər göstərir, özünün özəl müştərilərinə isə “MBASK” şirkəti VİP-xidmət olunma xidmətini təklif edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar