MBASK sığortaçısına 9 430 manat məbləğində iri sığorta ödədi
22 İyul 2010 Cümə Axşamı 17:20
MBASK sığortaçısına 9 430 manat məbləğində iri sığorta ödədi. Şirkət özəl müştərilərinə VİP xidmətini göstərir.
MBASK Sığorta Şirkəti Hyundai MATRIX avtomobilinin sığortaçısına 9 430 manat məbləğində iri sığorta ödənişi həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin əvvəlindən “MBASK” Sığorta Şirkəti öz müştərilərinə 1 796 980 manatdan artıq məbləğdə ödəniş həyata keçirib. Bunlardan 1 228 949 manatdan çoxu avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür.
Cari ilin əvvəlindən MBASK Sığorta Şirkəti öz müştərilərinə 1 796 980 AZN-dən artıq məbləğdə ödəniş həyata keçirib, bunlardan 1 228 949 AZN-dən çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür.
Qeyd edək ki, “Client Сare” xidmətinin həyata keçirilməsi çərçivəsində “MBASK” şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq, “MBASK” şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması üzrə xidmətlər göstərir. Şirkət özəl müştərilərinə isə “MBASK” şirkəti VİP-xidmət olunma xidmətini göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: