Mbask sığorta şirkəti adını AXA Mbask ilə əvəz edib
08 Dekabr 2010 Çərşənbə 17:00
Mbask-ın lisenziyası şirkətin adının dəyişdirilməsi ilə əlaqədar olaraq yenilənib
Mbask sığorta şirkəti adını "AXA Mbask" ilə əvəz edib. Bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında yerləşdirilmiş məlumatda bildirilib.

“2010-cu ilin 7 dekabrında Mbask-ın lisenziyası şirkətin adının dəyişdirilməsi ilə əlaqədar olaraq yenilənib”,- deyə məlumatda deyilib.

Xəbər verildiyi kimi, Fransanın AXA şirkəti 2010-cu ilin 14 oktyabrında İspaniyanın AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros törəmə şirkəti vasitəsilə Azərbaycanın "MBASK" Sığorta Şirkətinin səhmlərinin 51%-nin əldə edilməsi prosesini yekunlaşdırıb. Şirkətin səhmlərinin 49 faizi Azərbaycan vətəndaşı Eldar Qəribova məxsusdur.

Mbask 1992-ci ildə yaradılıb və tədiyə yığımının həcminə görə ölkənin aparıcı sığorta şirkətlərinin onluğuna daxildir. Hazırda şirkətin nizamnamə kapitalı 5,73 mln. manata bərabərdir. Yanvar-oktyabr ayları ərzində şirkətin tədiyə yığımı 6,68 mln. manat, ödənişləri 3 mln. manat məbləğində olub.






DOSTLARINLA PAYLAŞ:

oyunlar