“MBASK” müştərisinə 9 365 manat ödədi
14 İyul 2010 Çərşənbə 10:10
Şirkət özəl müştərilərinə VİP xidmətini göstərir.
MBASK Sığorta Şirkəti Toyota AVALON avtomobilinin sığortaçısına 9 365 manat məbləğində iri sığorta ödənişi həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin əvvəlindən “MBASK” Sığorta Şirkəti öz müştərilərinə 1 566 987 manatdan artıq məbləğdə ödəniş həyata keçirib. Bunlardan 1 110 210 manatdan çoxu (71 faiz) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür.
Qeyd edək ki, “Client Сare” xidmətinin həyata keçirilməsi çərçivəsində “MBASK” şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq, “MBASK” şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması üzrə xidmətlər göstərir. Şirkət özəl müştərilərinə isə “MBASK” şirkəti VİP-xidmət olunma xidmətini göstərir. anspress
DOSTLARINLA PAYLAŞ: