“MasterCard Platinum” sahiblərinə endirim
26 Oktyabr 2010 Çərşənbə Axşamı 15:40
“Bank Standard” yeni “MasterCard Platinum” sahiblərinə endirim kampaniyasına start verir.
“Bank Standard” “MasterCard Platinum” sahibləri üçün təşkil olunmuş yeni endirim kampaniyasına başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “MasterCard” beynəlxaq ödəniş sistemi Parisin məşhur mağaza, butik, mehmanxana və əyləncə mərkəzlərində təqdim oluncaq böyük endirimlər haqqında bəyanat verib.
Həmin mağaza və mərkəzlərin siyahısına “Corneliani”, “Gianfranco Ferre”, “D&G”, “Roberto Gavalli”, “Au Nain Bleu” kimi məşhur ticarət nişanları, habelə Parisin tanınmış “Crazy Horse” kabaresi və “Fouquet’s Barriere” mehmanxanası daxildir. 2011-ci il avqust ayının 31-dək davam edəcək bu kampaniyada yalnız “MasterCard Platinum” kart sahibləri iştirak edə biləcək.
“Bank Standard” Fransa paytaxtına yaxın gələcəkdə səfər etməyi düşünən müştərilərini “MasterCard Platinum” kartını əldə edib həmin kampaniyadan faydalanmağa dəvət edir. Bu kartları bankın bütün filiallarında əldə etmək olar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: