Manat avro ilə paritetə çatıb
04 Mart 2009 Çərşənbə 13:45
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Milli Bankının martın 3-nə müəyyənləşdirdiyi rəsmi məzənnələrə əsasən, avronun məzənnəsi 1,006 manat təşkil edib.
«APA-ECONOMICS»in məlumatına görə, beləliklə mlli valyuta – manat avro ilə paritetə çatıb ki, bu da avronun məzənnəsinin 2002-ci ilin dekabrın 23-dən sonra ən minimal göstəricisidir:




Qeyd edək ki, ümumilikdə avronun manata qarşı ən minimal məzənnəsi 2001-ci ilin iyunun 5-də qeydə alınıb - 0,7856 AZN/1 EUR.
Cari ilin əvvəlindən avro manata qarşı 10,9%, ötən il ərzində isə 9,3% ucuzlaşıb ki, bu da dünyada avronun əsas valyutalara qarşı ucuzlaşmasının tam əksidir. Vurğulamaq lazımdır ki, məzənnənin düşməsi ilə paralel olaraq, avro ilə nağd və nağdsız əməliyyatların həcmi kəskin artır. Belə ki, ötən il avro ilə aparılan nağd əməliyyatların həcmi 1,5 dəfə, nağdsız əməliyyatların həcmi 2,9 dəfə, cari ilin yanvarında isə 5,2 dəfə artıb. Eyni zamanda, göründüyü kimi, ötən ilin ortalarında avronun məzənnəsi yüksək olub ki, bu da əməliyyatların həcminin azalmasına səbəb olmayıb. Buna görə, avronun satınalmalarının artımı tək məzənnənin enməsi ilə bağlı deyil, lakin avronun manata qarşı ucuzlaşması bu valyutaya bütün səviyyələrdə - həm bank-maliyyə, həm sahibkarlıq, həm də fiziki şəxslər tərəfindən göstərilən marağı artırır.
Ümumilikdə, investorlar tərəfindən müəyyən səbəblərə görə dollara tələbatın artması səbəbindən dolların avroya qarşı möhkəmlənməsi kimi dünyada baş verən prosesləri nəzərə alaraq avronun Azərbaycanda ucuzlaşması artıq stabil xarakter alıb və onun manata bərabərləşməsi gözlənilən idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar