Maliyyə Nazirliyinin istiqrazları yerləşdirilib
27 İyul 2010 Çərşənbə Axşamı 16:00
Bu gün Bakı Fond Birjasında növbəti hərrac keçirilib.
Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə BFB-dən ANS PRESS-ə məlumat verilib. Sifarişlər 1 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 911 700 manat təşkil edib. Sifarişlər 99.02 faiz (gəlirlik 1.98%) qiymətində intervalında təqdim edilib.
İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti – 99.02% (gəlirlik 1.98%), orta ölçülmüş qiymət – 99.02% (gəlirlik 1.98%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 911 700 manat məbləğində müəyyən edilib.
İstiqraz vərəqələrinin son ödəmə tarixi 25 yanvar 2011-ci ildir. İstiqrazların tədavül müddəti - 182 gündür. İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: