Maaşlar artacaq?
05 Aprel 2011 Çərşənbə Axşamı 17:17
Ekspert: “Dövlət büdcəsinə edilən dəyişikliklərdən sonra əməkhaqqların 10 faiz artırılacağı gözlənilir”
Bu ilin mayında dövlət büdcəsinə əlavə və dəyişikliklər edilə bilər. Bu zaman büdcə gəlirlərinin artımı ilə yanaşı, xərcləri də çoxaldılacaq. Məsələ ilə bağlı ANS PRESS-ə münasibət bildirən İqitisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, may ayında dövlət büdcəsinə gözlənilən əlavə və dəyişikliklər büdcədən sosial layihələrin maliyyələşdirilməsinə ayrılan vəsaitin həcminin artmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, iyul ayından başlayaraq mərhələli olaraq büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı artımları həyata keçirilə bilər: “Bu halda əməkhaqlarında 10 faizlik artım gözlənilir”.

İqtisadçı deyir ki, 2011-ci ildə əməkhaqların, sosial yardımların məbləğində artımlar hələlik rəsmi olaraq elan edilməsə də, büdcədə profisitin yaranması və gəlirlər hissəsinin proqnozlaşdırıldığından çox olması bu addımın atılmasına imkan verir: “Büdcə dəyişikliklərindən sonra əməkhaqqı artımları ilə bağlı sərəncamların verilməsi gözlənilir. 2009-cu ildə olduğu kimi, bu artımlar 10 faiz intervalında olacaq. Güman edilir ki, ötən ildən fərqli olaraq bir sıra kateqoriyalar üzrə artımlara gediləcək”.

V. Bayramov bildirib ki, əməkhaqqı artımlarının istehlak bazarına təsirlərini azaltmaq və eləcə də yeni qiymət artımları üçün baza yaratmasının qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsinə də ehtiyac var.

Qeyd edək ki, bu ilin büdcəsinin gəlirləri 12061,0 milyon manat, xərclər isə 12748,0 milyon manat proqnozlaşdırırlb. Dövlət büdcəsinin xərclərinin 55,1 faizi cari xərclərə, 42,2 faizi əsaslı xərclərə, 2,7 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldilməsi planlaşdırırlıb. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi isə 33,3 faiz müəyyən edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar