"Lukoil" prezidentsiz qaldı
02 Sentyabr 2010 Cümə Axşamı 20:55
"Lukoil" prezidenti Vahid Ələkbərov təqaüdə çıxıb.
Son vaxtlar mətbuatda Rusiyanın “Lukoil” neft şirkətinin rəhbəri, əslən azərbaycanlı Vahid Ələkbərovun tutduğu vəzifədən gedəcəyi ilə bağlı xəbərlər artıq təsdiqlənib. Rusiya kütləvi informasiya vasitələri şirkətin mətbuat xidmətinə istinadən məlumat veriblər ki, Vahid Ələkbərov təqaüdə çıxması ilə əlaqədar vəzifəsini tərk edib.
Qeyd edək ki, bu gün səhər saatlarında yayılan məlumatlarda Vahid Ələkbərovun hələ ki, tutduğu vəzifədən getmək niyyətində olmadığı bildirilirdi. O, öz varisi haqqında düşünmədiyini və neft şirkətində həddindən artıq görüləcək işin olduğunu da söyləmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: