“LUKoil” neft hasilatını azaldacaq
25 Aprel 2011 Bazar Ertəsi 11:18
Rusiyanın “LUKoil” neft şirkəti cari ildə 97-97,5 mln. ton neft hasil etməyi planlaşdırır.


Bakı - APA-Economics. Rusiyanın “LUKoil” neft şirkəti cari ildə 97-97,5 mln. ton neft hasil etməyi planlaşdırır. “APA-Economics”in RBK-ya istinadən xəbərinə görə, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov Rusiyanın baş naziri Vladimir Putinlə görüşündə bildirib.

Onun sözlərinə görə, ötən il “LUKoil” 98 mln. ton neft hasil edib: “Builki göstərici ötən ilkindən az olacaq. Lakin gələcəkdə yeni yataqların işə salınması ilə neft hasilatı artırılacaq”.

V.Ələkbərov qeyd edib ki, rəhbərlik etdiyi şirkət 2013-cü ildən İraqda neft hasilatına başlamaq niyyətindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar