London birjasında neft bahalaşıb
22 Yanvar 2011 Şənbə 10:20
NYMEX Nyu-York birjasında isə “qara qızıl” qiymətdən düşüb.
London birjasında neftin qiyməti bahalaşıb, ABŞ birjasında isə əksinə, “qara qızıl”ın qiyməti avronun dollara nisbətdə bahalaşması fonunda ucuzlaşıb.

Belə ki, ICE (InterContinental Exchange Futures) London qitələrarası birjasında martda ixrac etməklə Brent Crude Oil markalı neftin 1 barelinin dəyəri 1,02 dollar artaraq 97,60 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX (New York Merchantile Exchange) əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI (Light Sweet Crude Oil) neftinin ixracına dair mart müqaviləsinin dəyəri isə 0,48 dollar ucuzlaşaraq 1 barelə görə 89,11 dollar təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar