Liviyanın bombalanması nefti bahalaşdırıb
21 Mart 2011 Bazar Ertəsi 16:14
Bu gün dünya birjalarında “qara qızıl”ın qiyməti müsbət dinamika nümayiş etdirir.
Bu gün dünya birjalarında neftin qiyməti müsbət dinamika nümayiş etdirir. Belə ki, buna səbəb koalisiya qüvvələrinin Liviyadakı mülki və sənaye obyektlərinin bombalamasıdır.

Artıq investorlar ölkədə və Yaxın Şərqdə geosiyasi vəziyyətin qeyri-stabil olacağından narahatlıqlarını bildiriblər. Bu isə “qara qızıl”ın tədarükündə ciddi fasilələr yarada bilər.

Belə ki, bazar ertəsi London birjasında “Brent Crude Oil” markalı neft 1.93 dollar və ya 1.87 faiz bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 115,86 dollar təşkil edib.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,89 dollar və ya 1.87 faiz qalxaraq 102,96 dollara enib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar