Liviyadakı hasidələr neftin qiymətinə necə təsir göstərəcək?
22 Avqust 2011 Bazar Ertəsi 17:02
Liviyada hakimiyyət dəyişən kimi, dünyada neftin qiyməti düşməyə başlayacaq
Son həftələr ərzində enerji daşıyıcılarının qiyməti aşağı düşüb və 2008-ci il böhranının təkrarlanması təhülkəsi fonunda yenidən qalxıb. Amma Qəddafi rejiminin dəyişməsi investorlar üçün bir qeyri-müəyyənliyi azalacaq.

Qeyd edək ki, Liviyada üsyan başlayanadək Brent markalı neftin qiyməti 126 dollara çatırdı. Bu ilin may ayından isə 14 faiz aşağı düşüb. Bu həftə bazar ertəsi Brent markalı neftin bir barreli 105 dollara idi.
Liviya Afrikada ən iri neft ehtiyatlarına malik ölkədir. Buna görə də üsyanlar başlayandan bir neçə ay sonra Beynəlxalq Energetika Agentliyi bazarları sakitləşdirmək üçün bazarlara öz ehtiyatlarından 60 mln barrel neft "atdığını" elan etdi.

Amma bir çox ekspertlər hesab edirlər ki, ölkədə istehsal bərpa ediləndən sonra tam təchizatı bərpa etmək mümkün olmayacaq. Bunun üçün aylar lazım olacaq.

İndependent Strategy-nin iqtisadçısı Bob Makki BBC-yə müsahibəsində bildirib ki, əgər yaxın zamanda hakimiyyət dəyişikliyi baş versə, bazarda ən azı bir qeyri-müəyyənlik az olacaq.

"Amma əvvəlki neft istehsalının tam həcmdə bərpasını gözləmək hələ ki düzgün deyil", deyə o əlavə edib.

Məsələn, 2010-cu ildə Liviya gündəlik 1, 8 mln barrel neft itehsal edib. Amma bir il bundan əvvəl gündəlik olataq 1, 2 mln barrel neft ixrac edirdi, - The Wall Street Journal qəzeti yazıb.

"İndi isə gündəlik olaraq yalnız 500 min barrel neft hasil edilə bilər və bu, yalnız hakimiyyət tam dəyişəndən sonra baş verə bilər", deyə nəşr qeyd edir. Bu həcm isə yalnız daxili tələbat üçün sərf oluna bilər.

Hələ ötən istirahət günlərindək bir çox ekspertlər hesab edirdilər ki, neftin qiyməti 80 dollaradək düşə bilər. Bununla belə, bir çox analitik institutlar öz proqnozlarına yenidən baxmağı düşünmürlər. Onlar proqnozlarını bir barrelə görə 100 dollar götürürlər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar