Leyla-R firmasına maliyyə sanksiyası tətbiq edildi
17 Yanvar 2011 Bazar Ertəsi 14:50
Polietilen torbaları istehsal edən Leyla-R firması 2 min manat cərimələndi.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən polietilen torbalarının istehsalı ilə məşğul olan “Leyla-R” firmasına qarşı istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Leyla-R” firmasına 2 min manat maliyyə sanksiyası tətbiq edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar