Lənkəranda unun qiyməti qalxıb
28 Avqust 2010 Şənbə 15:05
On günə yaxındır ki, Lənkəranda taxıl və taxıl məhsullarının, o cümədən unun qiyməti bahalaşıb.
APA-nın cənub bürosunun məlumatına görə, bazarda və ərzaq mağazalarında buğdanın qiyməti 20-30 qəpikdən 38-40 qəpiyə, arpanın qiyməti isə 18-20 qəpikdən 24-30 qəpiyə qalxıb. Taxılın qiymətindəki artım unun da bahalaşmasına səbəb olub.
Belə ki, 50 kq-lıq əla növ “Karmen” adlı un kisəsi əvvəllər 14,5 manata satıldığı halda, indi 18-20 manata satılır. Yerli sahibkarlar isə bahalaşmanı ölkədə taxıl istehsalının azalması, eləcə də Rusiya və Qazaxıstandan gətirilən taxılın qiymətinin artması ilə əlaqələndirirlər. “Karmen”ın istehsalçısı olan “Karat” firmasından APA-ya hazırda müəssisədə un olmadığını, sonuncu dəfə unun bir kisəsinin burada 18 manata satıldığı bildirilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar