Kulevi terminalının yükdaşınma həcmi 6 milyon tona catıb
14 Sentyabr 2010 Çərşənbə Axşamı 18:05
Səkkiz ay ərzində terminal vasitəsi ilə 2,4 min ton neft və neft məhsulları daşınıb.
Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Kulevi “Qara Dəniz Terminalı” Azərbaycan və Mərkəzi Asiyada istehsal olunan neft və neft məhsullarının Gürcüstan ərazisindən Avropaya ixracını uğurla həyata keçirməkdə davam edir. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, terminalın ümumi yükdaşınma həcmi 6 milyon tona catıb.
Bu nailiyyət terminalın fəaliyyəti dövründə beynəlxalq təhlükəsizlik standartlarına ciddi riayət etməsi, itkilərin qarşısının alınması ilə əlaqədar tədbirlərin görülməsi və müştərilərin razı qalması üçün standartlara əməl olunmasından irəli gəlir.
2010-cu ilin 8 ayı ərzində terminal vasitəsi ilə 2,4 min ton neft və neft məhsulları daşınıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur. Bu gün də Kulevi “Qara Dəniz Terminalı” yük dövriyyəsi həcminin artırılması istiqamətində fəaliyyət göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: