Kulevi terminalindan indiyədək 5 milyon ton neft və neft məhsulları yüklənib
20 İyun 2010 Bazar 06:00
“Qara dəniz terminalı” bundan sonra da yük dövriyyəsini artırmağı qarşısına əsas məqsəd qoyub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus Kulevi “Qara dəniz terminalı” Azərbaycan və Mərkəzi Asiyada istehsal olunan neftin və neft məhsullarının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasını həyata keçirir. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, indiyədək Kulevi terminalından yüklənmiş neft və neft məhsullarının ümumi həcmi 5 milyon tona çatıb. Bu, terminalın fəaliyyətində mühüm mərhələdir.

“Etibarlı! Təhlükəsiz! Səmərəli!” şüarını əsas götürən Kulevi “Qara dəniz terminalı” bundan sonra da yük dövriyyəsini artırmağı qarşısına əsas məqsəd qoyub.

Qeyd edək ki, terminalın ötürmə qabiliyyəti ildə 10 milyon tondur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar