Kuba biznesmenləri Bakıya gələcək
02 İyul 2010 Cümə 18:10
Sentyabrda paytaxtımızda İkinci Azərbaycan-Kuba Biznes Forumunun keçirilməsi planlaşdırılır.
Kuba Ticarət Palatasının sədri Raul Fransisko Beserronun başçılığı ilə bu ölkənin biznesmenlərindən ibarət nümayəndə heyəti sentyabrda Azərbaycana səfər edəcək. Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torres bildirib ki, səfər çərçivəsində İkinci Azərbaycan-Kuba Biznes Forumunun keçirilməsi planlaşdırılır.
Diplomatın sözlərinə görə, iki il əvvəl ölkələrimizin ticarət palataları arasında Niyyət Memorandumu imzalanıb.
Qeyd edək ki, iki ölkənin sahibkarlarının birinci forumu 2007-ci ildə Kubada keçirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: