Kredobank səhm emissiyasına başlayır
02 Dekabr 2010 Cümə Axşamı 13:10
Bank nizamnamə kapitalını 2.5 milyon manat artırır
“Bakı Fond Birjası” QSC-nə (BFB) “Kredobank”ASC-nin adi adlı sənədsiz səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub və dekabrın 9-dadan etibarən BFB-də “Kredobank”ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ100100582P, emissiyanın həcmi 2 500 000 manat, qiymətli kağızın miqdarı 250 ədəd, nominal dəyəri 10 000 manat, anderrayter “Çelsi Kapital” MMC-dir.
DOSTLARINLA PAYLAŞ: