Kredobank nizamnamə kapitalını artırır
20 Yanvar 2011 Cümə Axşamı 10:40
Kredobank səhmlərinin yeni emissiyasına başlayır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Kredobank” ASC-nın adi adlı sənədli səhmlərinin emissiya prospekti qeydə alınıb. Komitədən ANS PRESS-ə verilən məlumata görə, emissiyanın dövlət qeydiyyat nömrəsi AZ100100582P, emissiyanın həcmi 5 milyon manat, qiymətli kağızın miqdarı 500 ədəd, nominal dəyəri 10 000 manat, anderrayter “Çelsi Kapital” MMC-dir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: