Kreditini telefonla ödə
23 Avqust 2010 Bazar Ertəsi 13:25
“Bank of Baku”nun müştəriləri banka gəlmədən ölkənin istənilən yerindən kredit ödənişlərini həyata keçirəcəklər.
“Bank of Baku” müştərilərin rahatlığı üçün və onların vaxtına qənaət etmək məqsədilə Azərbaycan bank bazarında analoqu olmayan “Telefon Bankçılıq - 145” növbəsiz ödənişlər xəttini açıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu xidmət vasitəsilə müştərilər banka gəlmədən ölkənin istənilən yerindən istənilən vaxt kredit ödənişlərini istənilən telefonla həyata keçirə və hesabları barədə məlumat ala bilərlər.

Bunun üçün isə sadəcə istənilən telefon (mobil və ya şəhər), “Bank of Baku”nun təqdim etdiyi müştəri kodu (müştəri kodu kreditin ödənişi zamanı bankın eksperti tərəfindən müştəriyə verilir) və Millikart plastik kart sahibi (yaxın zamanda bütün prosessinq mərkəzlərinin kartlarının sahibi) olmaq kifayətdir.

Beləliklə, sistemə daxil olmaq üçün ardıcıl olaraq:

- 145 nömrəsini yığıb dil seçimini etmək
- müştəriyə bank tərəfindən verilən müştəri kodunu sistemə daxil etmək
- sistem tərəfindən təqdim edilən siyahıdan kredit növünü seçmək lazımdır

Sistemə daxil olarkən plastik kart məlumatlarının təqdimatından asılı olmayaraq müştərilərə əsas borc, faiz borcu, hesablanmış cərimə və bu günə ödənilməli borc barədə məlumatlar verilir. Ödəniş aparmaq üçün ödəniş menyusunu seçib plastik kartın nömrəsini, son istifadə tarixini, kartın arxa tərəfində göstərilən CVV/CVC üç rəqəmli kodu və ödəniləcək məbləği daxil etmək tələb olunur.

Qeyd edək ki, kod yalnış göstərildikdə həmin telefon nömrəsindən sistemə daxil olma 15 dəqiqəlik bloklaşdırılır. İş saatlarından kənar daxil olan ödənişlər növbəti iş günü tarixi ilə qəbul edilir. Müştərilərin rahatlığı naminə şəhər və ya mobil telefonu vasitəsilə məlumat alaraq və ödəniş edərək onları bütün mərhələlərdə müşayiət edəcək bankın elektron bələdçisi mövcuddur.

Bundan əlavə, bank İnternet-istifadəçilərini nəzərə alaraq öz yenilənmiş korporativ saytında “Onlayn-məsləhətçi” xidmətinə də start verib. Bu xidmət vasitəsilə müştərilər iş saatlarında qısa müddət ərzində onları maraqlandıran bütün suallara ətraflı cavab ala bilərlər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar