Kredit İnvest nizamnamə kapitalını 3 milyon manat artırır
24 Dekabr 2011 Şənbə 18:56
Azərbaycanın bank olmayan kredit təşkilatı yenidən korporativ istiqrazlar bazarına daxil olur.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "İnvest Kredit" bank olmayan kredit təşkilatının 300 min manat həcmində faizli adlı sənədsiz təmin olunmamaış istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat, illik gəliri 12 faiz olan 300 istiqraz qeydiyyata alınıb. Kredit təşkilatının istiqrazlarının yerləşdirilməsinin anderrayteri qismində "Texnika Capital Management" MMC çıxış edir.
Qeyd edək ki, "İnvest Kredit" Bank Olmayan Kredit Təşkilatı 2005-ci ildə “IJMA Kredit” kimi yaradılıb. 2008-ci ildən "İnvest Kredit" kimi fəaliyyət göstərir. "İnvest Kredit" Qafqazda yeganə mikromaliyyə təşkilatıdır ki, Azərbaycanda yaşayan beynəlxalq qaçqınlara kreditlər verir. Həmin layihəyə 2007-ci ildə başlanılıb, 2010-cu ilin yekunları üzrə BOKT Bakıda yaşayan 50-dən artıq beynəlxalq qaçqına xidmət göstərib.
DOSTLARINLA PAYLAŞ: