"Kövsər Bank"ın emissiya prospekti qeydə alınıb
23 Avqust 2010 Bazar Ertəsi 17:45
Yerləşdirmə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Kövsər Bank” ASC-nin təmin edilmiş, faizsiz, adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi (BFB) ilə keçiriləcək.
Fonddan ANS PRESS-ə verilən məlumata görə, dövlət qeydiyyat nömrəsi AZ200300484, emissiyanın həcmi 1 110 000 Avro, yerləşdiriləcək istiqrazların sayı 5 550 ədəd, bir istiqrazın nominal dəyəri 200 Avro, istiqrazların tədavül müddəti 365 gün, anderrayter “Texnika Kapital Menecment” MMC-dir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: