Kənd təsərrüfatı istehsalçılarıdörd il vergi ödəməyəcək
17 Aprel 2009 Cümə 11:45
Bu məsələ «Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı»nda öz əksini tapıb

Azərbaycanda kənd təsərrüfatı istehsalçıları yaxın 4 il ərzində də vergi ödəməyəcək. Bu məsələ Azərbaycan hökumətinin həyata keçirəcəyi «Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı»nda öz əksini tapıb. Bundan başqa, vergi sisteminin təkmilləşdirilməsi üçün vergi dərəcələrinin optimallaşdırılması, sahibkarlığın təşviqinə yönəldilən vergi-gömrük siyasətinin həyata keçirilməsi, vergi məsləhətləri özəl xidmətinin yaradılması da planlaşdırılır. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar