Kapital Bank yenidən kapitalını artırır
14 İyul 2012 Şənbə 22:05
Kapital Bank təkrar kapitallaşma prosesinə başlayır.
İyulun 16-da Bakı Fond Birjasında (BFB) “Kapital Bank” ASC-nin 10 milyon manat həcmində buraxılan adi, adlı, sənədli səhmlərinin yerləşdirilməsinə başlanır. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, emissiya prospekti çərçivəsində hər birinin nominal dəyəri 10 manat olan 1 milyon səhm buraxılıb.

"Kapital Bank"ın səhmlərinin yerləşdirilməsinin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Bank səhmlərinin Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar