Kapital Bank qiymətləndirmə prosesi başa çatıb
08 İyul 2011 Cümə 23:24
Prosesin sonuncu mərhələsi Kapital Bank baş ofisində çalışan əməkdaşlar üçün keçirilib.
“Kapital Bank” əməkdaşlarının fəaliyyətinin planlaşdırılması və nəticələrin qiymətləndirilməsi prosesi başa çatıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, prosesin sonuncu mərhələsi bankın baş ofisində çalışan əməkdaşlar üçün keçirilib.

Fəaliyyətin planlaşdırılması və nəticələrin qiymətləndirilməsində məqsəd “Kapital Bank”da çalışan işçilərin öz vəzifələri üzrə bilik və bacarıqlarını müəyyənləşdirməkdən, onların peşəkar inkişafını düzgün istiqamətləndirməkdən, fəaliyyətin səmərəliliyini artırmaqdan, bankda karyera imkanlarını genişləndirməkdən ibarət olub.

Qeyd edək ki, mayın 22-dən başlanmış prosesdə indiyə qədər “Kapital Bank”ın struktur bölmələrində çalışan 1600-ə yaxın əməkdaş iştirak edib. ANS PRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar