Kapital Bank “İlin Bankı” seçildi
22 Dekabr 2009 Çərşənbə Axşamı 11:20
Kapital Bank Azərbaycanda ilin bankı seçilib.
2006-ci ildən “Consulting and Business” jurnalı ölkənin ayrı-ayrı sahələri üzrə fərqlənən və uğur qazanan şirkətləri “İlin şirkəti” Milli Biznes Mükafatı ilə təltif edir. Növbəti mükafatın təqdimat mərasimi dekabrın 19-da Gülüstan sarayında keçirilib.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə Azərbaycan iqtisadiyyatının aparıcı şirkətləri bu nüfuzlu mükafata layiq görülüblər və 2009-cı ildə yaxşıların yaxşısı elan ediliblər. Bu dəfə “Kapital Bank” “İlin Bankı” nominasiyasının qalibi olub.
Qeyd edək ki, əmanət bankının hüquqi varis olan “Kapital Bank”ın fəaliyyəti 135 illik tarixi əhatə edir. Bank fiziki və hüquqi şəxslərə bank xidmətinin bütöv spektrini təqdim edir.
Kapital Bankın səhmdarları Pasha Holding (97, 5 faiz) və əmək kollektivi üzvləridir (2,5 faiz). 2009-cu ilin may ayında “Kapital Bank” özünün ayrıca özəl prossesinq mərkəzini yaratdı.
Filialların sayına görə respublikada lider olan Kapital Bank filialların sayını 89 çatdırmışdır. Bununla yanaşı bankın 66 şöbə və 5 müstəqil şöbəsi fəaliyyət göstərir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: