Kapital Bank ilin bankı oldu
24 Dekabr 2010 Cümə 17:50
Bank "İlin şirkəti" Milli Mükafatına layiq görülüb
“Kapital Bank” ASC 2010-сu ilin nəticələrinə əsasən, “İlin bankı” nominasiyası üzrə “İlin şirkəti” Milli Mükafatına layiq görülüb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “İlin şirkəti” mükafatının təqdim edilməsində məqsəd il ərzində iqtisadiyyatın ayrı-ayrı sahələrində əhəmiyyətli nəticələrə nail olmuş, Azərbaycanda biznesin inkişafına, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasına və ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına öz töhfələrini vermiş şirkətlərin fəaliyyətinin qiymətləndirilməsindən ibarətdir.

Xatırladaq ki, “İlin şirkəti” Milli Mükafatının ilk təqdimetmə mərasimi 2006-cı ildə keçirilib və ötən dövr ərzində bu mükafat ölkədə işgüzar etikanın yeni standartlarını irəli sürən ictimai təsisat kimi böyük nüfuz qazanıb. Milli Mükafatın təsisçisi, “MiniMax” Media Holding tərəfindən nəşr olunan aylıq “Consulting&Business” işgüzar jurnalıdır.

Qeyd edək ki, “Kapital Bank” Azərbaycanın ən zəngin tarixə və ən geniş filial şəbəkəsinə malik olan bankıdır. Bank Azərbaycan Əmanət Bankının varisi olaraq 136 ildir ki, uğurla fəaliyyət göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar