İyul ayında BTC ilə 2,8 mln t Azərbaycan nefti nəql olunub
11 Avqust 2011 Cümə Axşamı 13:11
Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib
2011-ci ilin iyul ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 856 min 326 ton Azərbaycan nefti nəql olunub. Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib.

Məlumatda bildirilir ki, cari ilin yanvar-iyul aylarında bu kəmərlə 19 milyon 867 min 408 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il avqust ayının 1-ə qədər BTC-yə 163 milyon 423 min 350 ton neft vurulub. Bundan başqa, cari ilin iyul ayında BTC kəməri ilə 191 min 494 ton Türkmənistan nefti nəql olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar