IV Beynəlxalq Xəzər neft-qaz ticarət-nəqliyyat konfransı
22 Fevral 2010 Bazar Ertəsi 16:55
IV Beynəlxalq Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında 25 ölkədən 500-dən çox qonaq və nümayəndə iştirak edəcək
“Confidence Capital” şirkəti aprelin 26-27-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək IV Beynəlxalq Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında iştirak etmək üçün dəvət edir. Konfransın keçirilməsi üçün yerin seçilməsi təsadüfi deyil. Respublikada yeganə beynəlxalq dəniz ticarət limanı Aktauda fəaliyyət göstərir. Nəqliyyat infrastrukturunun genişləndirilməsi məqsədini daşıyan investisiya layihələri nəticəsində Aktau Avropa və Asiya arasında mühüm əlaqələndiriciyə çevriləcək.
Konfransda 25 ölkədən 500-dən çox qonaq və nümayəndə iştirak edəcək.
Ənənəvi iştirakçılar BP, GOGC, ExxonMobil, Statoil, Total, ENI, Deutsche Bank, Litasco, Neste Oil, TOTSA, Trafigura, BNP Paribas, SGS, Transbunker, Shell, Vitol, LUKoyl, Majeyku Nafta Ticarət Evi, RussNeft, ТНК-ВР, Qazprom, Gunvor, NIORDC, LITASCO və digər iri neft-qaz şirkətlərinin, beynəlxalq bankların, servis şirkətlərinin nümayəndələridir.
Konfrans zamanı nəqliyyat infrastruktunun inkişafı, Xəzər və tərəfdaş ölkələr arasında qarşılıqlı əlaqələr, enerji daşıyıcılarının ticarəti məsələləri, logistik problemlər və onların həlli, həyata keçirilən və gələcək neft-qaz layihələrinin analizi diqqət mərkəzində olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: