İslam İnkişaf Bankı ABB-yə kredit verdi
21 İyun 2010 Bazar Ertəsi 17:05
İslam İnkişaf Bankı ABB-yə kredit verdi. Söhbət 15 milyon dollardan gedir.
Bu gün Bakıda beynəlxalq investisiya konfransı çərçivəsində Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam İnkişaf Bankının kredit xəttini cəlb etməsi barədə müqavilə imzalanıb. ABB İdarə Heyətinin sədri Cahangir Hacıyev jurnalistlərə deyib ki, 15 milyon dollar həcmində vəsait illik 9 faizlə kiçik və orta sahibkarlığa dəstək üçün cəlb edilir.

C.Hacıyevin sözlərinə görə, 24 iyunda daha bir kredit sazişinin imzalanması gözlənilir. Həmin sazişlə ABB-yə ticarət maliyyələşməsi proqramı çərçivəsində 30 milyon dollar vəsait ayrılacaq.

İİB vəsaitlərdən şəriət qaydaları ilə istifadə üzrə kredit verir. ABB İİB ilə 10 ildir ki, əməkdaşlıq edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar