İş axtaranlara xoş müjdə
02 Fevral 2010 Çərşənbə Axşamı 12:55
İş axtaranlara xoş müjdə var. İş təcrübəsi olmayan gənclərə maaşının bir hissəsini məşğulluq idarəsi ödəyəcək.
Yaxın vaxtlarda gənclərin işsizliklə bağlı problemi qismən həll ounacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni layihəyəyə görə, ali təhsilini başa vuran, amma iş təcrübəsi olmayan gənclər işə götürülərkən müəyyən müddət onun maaşının bir hissəsini məşğulluq idarəsi ödəyəcək.

Bazar iqtisadiyyatına keçid dövrünü adlasaq da, bu gün orta və yaşlı nəsildə olduğu kimi, gənclərin məşğulluğu sahəsində də müəyyən çətinliklər var. Ali və ya orta ixtisas məktəblərinin məzunları heç də asanlıqla iş yeri tapa bilmir. Əsas problem isə işəgötürən müəssisələrin əksəriyyətinin işə qəbul edərkən təcrübəyə üstünlük verməsidir.
Problemdən xəbərdar olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq idarəsində isə yaxın gələcəkdə bu məsələnin həlli üçün yeni bir layihə hazırlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərlinin sözlərinə görə, bu layihəyə sırf gənclərlə bağlı işəgötürənlərlə xüsusi razılaşma əldə olunacaq: “İşəgötürənlərin əmək bazarında təcrübəsi olmayan gənc kadrlara üstünlük vermələri üçün bir il müddətində həmin şirkət gəncləri işçi kimi götürəcək. 1 il ərzində onun maaşının yarısını işəgötürən verəcək. Digər yarısını isə baş məşğulluq idarəsi ödəyəcək”.

Nazirlik rəsmisinin fikrincə, belə olan halda həm işəgötürən 50 faizlik maaşla işçi ilə müqavilə bağlamalı olur, digər tərəfdən 1 il ərzində həmin gənc ixtisasa yiyələnir, təcrübə toplayır. Amma 1 ildən sonra maaşının hamısını şirkət tam ödəyəcək.

Layihənin bu il gerçəkləşdirilməsi nəzərdə tutulub. Bununla belə, Baş Məşğulluq İdarəsi ölkədə ehtiyac duyulan peşələr üçün ixtisaslı kadrların hazırlanması işini də həyata keçirir. Belə ki, yaradılan peşə tədrisi mərkəzlərində gənclər hazırda əmək bazarında çatışmayan - ingilis dili, kompüter işi, tornaçı, qaynaqçı, eləcə də fəhlə peşələri üzrə nəzəri və təcrübi bilik əldə edərək müxtəlif sahələrdə işlə təmin olunur.

E. Kələntərli deir ki, əmək bazarının öz tələbləri var: “Elə peşələr var ki, ona ehtiyac yoxdu. Amma elə peşələr var ki, ona ehtiyac var, amma kadr yoxdur. Buna görə bizdə Bakı və Göyçayda peşə tədrisi mərkəzləri fəaliyyət göstərir. Proqramlar üzrə gənclər müəyyən peşələrə yiyələnirlər. Sırf bugünkü əmək bazarının tələblərinə uyğun seçilən peşələrdir”.

Məlumat üçün qeyd edək ki, ötən il məşğulluq xidmətləri orqanlarına iş üçün müraciət edən 19 566 nəfərin 11 642-si müxtəlif sahələrdə işlə təmin olunub. O cümlədən, peşə hazırlıq kurslarını keçən 3590 gəncdən 566 nəfər ictimai işlərə cəlb olunub. Keçən il 57 rayonda keçirilən əmək yarmarkalarında da 3732 gənc özünə müvafiq iş tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Karyerada ilk addım” devizi altında təşkil etdiyi tədbirlər sayəsində isə müxtəlif şirkətlərlə əlaqə quran tələbə və məzunlardan 470 nəfəri elə təhsil aldığı müddətdən əmək bazarına daxil olmağa nail olub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar