İranla əməkdaşlıq baha başa gəldi
16 Dekabr 2009 Çərşənbə 21:20
İsveçrənin “Credit Suisse” bankı 536 milyon dollar cərimə ödəməli olacaq
ABŞ vədinə sadiq qalır. Belə ki, İsveçrənin ən nəhəng banklarından biri “Credit Suisse” İranla əməkdaşlıq etdiyinə görə, 536 milyon dollar həcmində cərimə ödəməli olacaq.
İş ondadır ki, “Credit Suisse” İrana məxsus təşkilatla kütləvi qırğın silahlarının alınmasına dair qeyri-qanuni saziş imzalayıb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası İranla əməkdaşlığı qadağan edən sənəd qəbul edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: