İran ve Azerbaycan arasında ticaret dövriyyesi azalıb
22 Avqust 2013 Cümə Axşamı 23:25
Azerbaycanla İran arasında birge ticaret palatası yaradıla biler.
Bu məsələni müzakirə etmək üçün İrandan nümayəndə heyəti Azərbaycana gəlib. Nümayəndə heyətinin rəhbəri, Ərdəbil vilayətinin ticarət və sənaye palatasının sədri Behnam Pirmoazi bunun iki ölkə arasında ticarət əlaqələrinin inkişafına kömək edəcəyinə əmindir.

İran rəsmisinin sözlərinə görə, iki ölkə arasında xarici ticarətin səviyyəsi o qədər də yüksək deyil. Azərbaycan Gömrük Komitəsinin rəsmi məlumatına görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi azalıb. Əgər, 2012-ci ilin ilk 7 ayı ərzində bu dövlətlər arasında ticarət dövriyyəsi 169,4 milyon dollar təşkil etmişdisə, 2013-cü ilin eyni dövründə 167,7 milyon dollar təşkil edib. Ümumilikdə götürdükdə bu dövriyyənin tərkibində İrandan idxal üstünlük təşkil edir. İrandan ölkəmizə əsasən ərzaq, kənd təsərrüfatı məhsulları gətirilir. Azərbaycandan isə yüngül sənaye, bəzi avadanlıqlar aparılır. Ekspertlər hesab edirlər ki, azərbaycanlı iş adamlarının İranla ticarətə, eləcə də bu ölkəyə sərmayə yatırmağa ehtiyat etməsi İslam respublikasına tətbiq olunan sanksiyalarla bağlıdır. İqtisadçı Vüqar Bayramli hesab edir ki, buna baxmayaraq İran Azərbaycan sahibkarları üçün yaxşı bazar ola bilər.

Xatırladaq ki, İran İslam Respublikası ilə Azərbaycan arasında birgə azad iqtisadi zonaların yaradılması məsələsi də bir müddət əvvəl müzakirə mövzusu idi. Amma bununla bağlı hər hansı rəsmi razılıq yoxdur.






DOSTLARINLA PAYLAŞ:

oyunlar