İran da yuana keçir
26 İyul 2010 Bazar Ertəsi 12:25
İslam Respublikası Çində bank filialı açacaq.
Çin və İran iki ölkə arasında neft tədarükü hesablaşmalarında yuan valyutasından istifadə edilməsi ilə bağlı danışıqlar aparır. “Bloomberg” agentliyinin məlumatına görə, hər iki ölkə bununla da Qərbin onlara qarşı qoyduğu sanksiyalara müqavimət göstərmək niyyətindədir.

Artıq bununla bağlı İran İslam Respublikası Çində özünün bank filialını açır. Məhz bu bank vasitəsi ilə İran Çinə ötürdüyü neftin pullarını, yanacaq və avadanlıq alacaq, bir sıra digər müştərək layihələri maliyyələşdirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar