İqtisadiyyata kredit qoyuluşu 39 % artıb
17 Aprel 2009 Cümə 12:25
Bu il martın 1-nə iqtisadiyyata kredit qoyuluşlarının cəmi 6692,5 milyon manat təşkil edib

 

2009-cu il mart ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının cəmi 6692,5 milyon manat təşkil edib. Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu, 2008-ci il mart ayının 1-nə nisbətən 39,1% artım deməkdir.

Kredit qoyuluşlarının 183,4 mln. manatı vaxtı keçmiş kreditlərin payına düşüb. 2009-cu il mart ayının 1-nə kreditlərin 2042,3 mln. manatı (30,5%) qısamüddətli, 4650,2 mln. manatı (69,5%) isə uzunmüddətli kreditlər olub. Qısamüddətli kreditlərin 110,3 mln. manatı və ya 5,4%-i, uzunmüddətli kreditlərin isə 73,2 mln. manatı və ya 1,6%-i vaxtı keçmiş kreditlərdir. Dövlət bankları tərəfindən iqtisadiyyata 2853,8 mln. manat (42,6%), özəl banklar tərəfindən 3655,2 mln. manat (54,6%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 183,5 mln. manat (2,7%) kredit qoyulub.

Xarici kapitalın iştirakı ilə yaradılan banklar tərəfindən Azərbaycan iqtisadiyyatına 2240,4 mln. manat kredit yönəldilib ki, bunun da ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 33,5%-ə bərabərdir. 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 320,14 mln. manat (4,8%) kredit veriblər. Kreditlərin 3553,6 mln. manatı və ya 53,1%-i manatla, 3139,0 mln. manatı və ya 46,9%-i xarici valyuta ilə verilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar