İqtisadi İnkişaf Nazirliyi Bakıda treninqlər keçirib
02 Mart 2012 Cümə 18:12
Bu treninqlər “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında olub.
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə tələbələr üçün “Öz biznes ideyanı yarat” və “Öz biznesinə başla” mövzularında treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Gənclər və İdman Nazirliyinin əməkdaşları, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Dövlət Neft Akademiyasının müəllim və tələbələri iştirak ediblər.

Treninqlərin keçirilməsində məqsəd gəncləri biznes ideyanın yaradılması və biznesin təşkili sahəsində məlumatlandırılması, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanması, eləcə də gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsidir. 2 gün davam edən treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Treninq iştirakçılarına həmçinin, Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar