İqtisadi inkişaf naziri: “Manatın dollara nisbəti dəyişməz qalacaq”
03 Noyabr 2010 Çərşənbə 02:45
İqtisadi inkişaf naziri: “Gələn il və ortamüddətli perspektivlə qeyri-neft sektorunun inkişafı davam edəcək”.
2011-ci ildə və növbəti üç il ərzində Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığı sürətlənəcək. Bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət televiziyası ilə çıxışında deyib. Onun sözlərinə görə, gələn il və ortamüddətli perspektivlə qeyri-neft sektorunun inkişafı davam edəcək.
“Gələn il və ortamüddətli perspektivlə Azərbaycan iqtispadiyyatının diversifikasiyası davam edəcək. Doqquz ayın yekunlarına baxdıqda biz artıq görürük ki, diversifikasiya istiqamətində nəticələr əldə edilib”-deyə nazir bildirib. Şahin Mustafayevin sözlərinə görə, 2010-cu ilin doqquz ayı ərzində Azərbaycanda ÜDM artımı 4,1 faiz təşkil edib, qeyri-neft sektorunda artım tempi isə neft sektorunu 5,2 faiz üstələyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: