İpoteka üçün 100 milyon dollar ayrılıb
05 Avqust 2013 Bazar Ertəsi 22:14
2013-cü ilin yanvar-iyul ayları erzinde bankların evveller ayırdığı kreditlerin yeniden maliyyeleşdirilmesinin ümumi hecmi 42,03 milyon manat teşkil edib.
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvar-iyul aylarında 73,69 milyon manat məbləğində kredit verilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün nəticələri üzrə maliyələşdirmənin həcmini 87,65 faiz üstələyir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 493,92 milyon manatdan çox (2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat) ipoteka krediti ayrılıb.

2013-cü ilin yanvar-iyul ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 42,03 milyon manat təşkil edib. İlin əvvəlindən AİF 34 milyon manat dəyərində istiqrazlar yerləşdirib.

İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlər adi ipotekanın maliyyələşdirilməsinə ayrılır. İyulda AİF-ə 2013-cü dövlət büdcəsində sosial ipoteka üçün yerləşdirilən 40 milyon manatdan qalan 20 milyon manat köçürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar