İpoteka kreditləşiməsinə 75 milyon manat ayrılacaq
05 Yanvar 2010 Çərşənbə Axşamı 18:15
İpoteka Fondunun istiqrazları Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınıb
Bu il ölkədə ipoteka kreditləşiməsinə 75 milyon manat pul ayrılacaq. İpoteka Fondunun 75 milyon manat məbləğində istiqrazı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınıb. Komitədən verilən məlumata görə, emissiya hər birinin 1000 manat qiyməti olan 75 min istiqrazdan ibarətdir.

Xatırladaq ki, ötən il buraxılan 55 milyon manat istiqrazın 49 milyon manatlıq hissəsi yerləşdirilib. Bazardan cəlb edilən vəsait ipoteka kreditlərinin maliyyələşdirilməsinə sərf olunub. Ümumiyyətlə, ötən ilin iyununda kreditləşmə bərpa olunandan indiyədək 1600-dən çox vətəndaşa 67 milyon manat ipoteka krediti verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar