Bu ilin sonuna qədər Dövlət Büdcəsindən İpoteka Fonduna əlavə vəsait ayrıla bilər. Bu barədə Prezident Adminstrasiyasinin İqtisadi Siyasət Məsələləri şöbəsinin müdiri Mail Rəhimov məlumat verib.
Adminstrasiya rəsmisi bundan ötrü büdcədə kifayət qədər vəsait olduğunu da qeyd edib: “Doğrudur, büdcə təsdiqlənib, İpoteka Fonduna vəsait ayrılıb. Amma ehtiyac yaranarsa, ya Prezidentin Ehtiyat Fondundan, ya da digər mənbədən vəsait ayrıla bilər. Yəni, İpoteka Fonduna əlavə vəsait ayırmaq üçün büdcəyə yenidən baxmağa ehtiyac yoxdur”.