İpoteka Fondunun istiqrazları yerləşdiriləcək
22 İyul 2010 Cümə Axşamı 17:45
İyulun 26-da Bakı Fond Birjasında hərrac keçiriləcək. İpoteka Fondunun istiqrazları yerləşdiriləcək.
İyulun 26-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. AİF-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hərraca 3 milyon manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək. İstiqrazlar 103,6354 qiymətlə satışa çıxarılacaq.
İstiqrazların ödənmə tarixi – 11 dekabr 2019-cu ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda, proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Mərkəzi Bankıdır.
İstiqrazları əldə etmək istəyən şəxslər Bakı Fond Birjasının üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. AİF-in təmin edilmiş istiqrazlarının emissiya prospekti Bakı Fond Birjasının internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: