İpoteka Fondundan daha bir addım
09 Dekabr 2010 Cümə Axşamı 11:45
AİF-in təmin edilmiş istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib
Azərbaycan İpoteka Fondunun AZ200100868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçirilib. Bakı Fond Birjasından ANS PRESS-ə verilən məlumata görə, bu istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 29 may 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 milyon manat təşkil edir. Bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik 3 faiz təşkil edir.

İstiqrazların ilk yerləşdirmə tarixi 16 iyun 2009-cu il və ödənmə tarixi 10 may 2016-cı ildir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar