“İpək yolu”n da artım
14 Noyabr 2010 Bazar 11:00
Nəqliyyat dəhlizi vasitəsilə daşınan sərnişinlərin sayı da 8.1 faiz çoxalıb
Bu ilin doqquz ayında “İpək yolu” nəqliyyat dəhlizi vasitəsilə 38,1 milyon ton və ya 7,7 faiz çox yük, 149,8 milyon nəfər və ya 8,1 faiz çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, daşınmış yüklərin 42,8 faizi avtomobil, 40,1 faizi dəmir yolu, 17,1 faizi isə dəniz nəqliyyatının payına düşüb, yük daşınması bütün nəqliyyat növlərində, o cümlədən avtomobil nəqliyyatında 8,3 faiz, dəmir yolu nəqliyyatında 6,2 faiz, dəniz nəqliyyatında isə 9,6 faiz çoxalıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 30,1 faizini və ya 11,5 milyon tonunu tranzit yüklər təşkil edib və əvvəlki ilin doqquz ayı ilə müqayisədə bu yüklərin həcmi 1,8 milyon ton və ya 18,9 faiz artıb. Yük daşımaları fəaliyyətindən 207,6 milyon manat, sərnişin daşınmasından isə 27,1 milyon manat gəlir əldə olunub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 14,2 və 12,0 faiz artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar