İndi hamı kredit ala biləcək
13 Yanvar 2012 Cümə 17:10
“Bank of Baku” “Pul hamıya lazımdır!” şüarı altında yeni peşə kreditlərini təqdim edir.
“Bank of Baku” nağd pul kreditinə olan böyük tələbatı nəzərə alaraq “Pul hamıya lazımdır!” şüarı altında yeni peşə kreditlərini təqdim edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, indi arayış təqdim edə bilməyən müxtəlif peşə sahibləri “Bank of Baku”ya müraciət edib peşə kreditlərindən faydalana bilərlər.
Bankın məlumatına görə, indi bütün növ ustalar, mühasiblər, tərcüməçilər, proqramçılar, dizaynerlər, rəssamlar, heykəltaraşlar, bağbanlar, dayələr, dərzilər, xalçaçılar, video operatorlar, fotoqraflar, musiqiçilər, müğənnilər, rəqqaslar, saç ustaları, bərbərlər, kosmetoloqlar, vizajistlər, administratorlar, aşbazlar, repetitorlar, taksi sürüçüləri, ofisiantlar, xalçaçılar və bir çox digər peşə sahibləri kreit ala biləcək.
Peşə kreditləri adlı məhsulunun şərtlərinə görə kreditin məbləği minimum 300 ABŞ dolları, maksimum 10 000 ABŞ dolları təşkil edə bilər. Müddəti 24 aya qədərdir. Faiz dərəcəsi isə aylıq 2.08 faizdən başlayır.
Qeyd edək ki, bu kreditlərin verilməsi zamanı şəxsiyyət vəsiqəsindən əlavə heç bir digər sənəd tələb olunmur.
DOSTLARINLA PAYLAŞ: