İlin “Uğurlu rebrendinq”i
09 Dekabr 2010 Cümə Axşamı 11:45
“Expressbank” bu nominasiya üzrə “Azeri Buzness Award” Milli Mükafatına layiq görülüb
“Expressbank” ASC “Uğurlu rebrendinq” nominasiyası üzrə “Azeri Buzness Award” Milli Mükafatına layiq görülüb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mükafat bankın rebrendinq siyasətinin düzgün, uğurlu və şəffaf həyata keçirilməsinə görə təqdim edilib.

Qeyd edək ki, Qeyd edək ki, “Expressbank” 1989-cu ildən 2010-cu ilin mart ayınadək “Azərnəqliyyatbank” adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 100 faiz hüquqi şəxslərə məxsusdur. Hazırda bankın respublika üzrə 8 filialı, 29 bankomatı və 8 POS-terminalı fəaliyyət göstərir. Bankın nizamnamə kapitalı 51 milyon manat təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar