Dünya bazarlarında neftin qiyməti 2010-cu ilin əvvəlindən iyulun sonuna kimi 1 barelə görə 2,56 dollar və ya 3,1% azalıb.
«APA-ECONOMICS»in məlumatına görə, iyul ayı ərzində neftin 1 bareli 3,32 dollar və ya 4,4% bahalaşıb.
Ümumilikdə, cari ilin yanvar-iyul ayları ərzində neftin qiymətinin dinamikası dəyişkən olub:
Təhlil olunan müddət ərzində neftin qiymətinin dinamikası həm bazar, həm də kənar amillərdən asılı olub. Məsələn, cari ilin mart ayında Meksika körfəzində neft platformasında baş vermiş qəzadan sonra neftin qiyməti il ərzində maksimal həddə çatıb. Ümumilikdə isə, neft bazarında qiymətlərin tendensiyası bazar iştirakçılarının neft tələbatı və istehlakı üzrə gözləntilərindən asılıdır ki, onlar da öz növbəsində dünyanın aparıcı ölkələrin iqtisadi böhrandan sonra iqtisadi artım və digər vacib makroiqtisadi göstəricilərə diqqət yetirir. Demək olar ki, hazırda bu kimi amillər adətən neft bazarına birbaşa təsir edən amillərdən daha vacibdir və bazar bu amillərə daha həssasdır.
Qeyd edək ki, «JPMorgan Chase» bankının mütəxəssisləri dünya iqtisadiyyatının artım templərinin azalması ilə əlaqədar neftin qiyməti üzrə proqnozu cari il üçün 81,75 dollardan 77,25 dollaradək, 2011-ci il üçün isə 90 dollardan 79,25 dollaradək azaldıb. APA