İlin Bankı?
09 Dekabr 2010 Cümə Axşamı 10:30
"TexnikaBank” daha bir nüfuzlu mükafata layiq görülüb
“TexnikaBank” ASC “Ilin Bankı” mükafatına layiq görülüb. 300-dən artıq aparıcı iş adamının, top-menecerin və müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssislərin, fəxri qonaq qismində Türkiyə Cümhuriyyətinin səfiri Hulusi Kılıç, Litva Respublikasının səfiri Kyastutis Kudzmanas və Niderland dövlətinin səfiri Arien Uiterlindin iştirak etdiyi “Azeri Business Award - Biznes sahəsində Milli Mükafatın təqdimetmə mərasimində laureatlara 9-u fərdi olmaqla, 40 nominasiyada mükafat təqdim olunub. Azərbaycanın aparıcı işgüzar nəşri olan “Business Time” jurnalının təsis etdiyi mükafat milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılara təqdim olunur və qaliblərin müəyyən edilməsində əsas amil namizədlərin biznesinin inkişaf templəridir.
“TexnikaBank”ın mətbuat xidmətindəən ANS PRESS-ə verilən məlumata görə, uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlən, maliyyə göstəricilərinə görə ölkənin özəl bank strukturunda ilk beşlikdə qərarlaşan “Texnikabank” ASC 1993-cı ildə yaradılıb və hal-hazırda universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir.
Texnikabank tərəfindən yaradılmış və 2010-cu ildə fəaliyyətə başlamış “TexKart” prosessinq mərkəzinin fəaliyyəti, lk öncə “MasterCard” ödəmə sisteminin, növbəti mərhələdə isə “Visa” ödəmə sisteminin bütün kartlarının, eyni zamanda banka məxsus olan POS-terminal və ATM şəbəkəsinin miqrasiya olunması, cari il ərzində bankın dinamik inkişafının, uğur və nailiyyətlərinin bariz nümunəsidir. Tezliklə reallaşdırılacaq “card to card”, "sms-bank", "internet kommersiya" layihələrinin ardınca bir sıra maraqlı layihələrin həyata keçirilməsi planlaşdırılır.
İstər paytaxt, istərsə də bölgələrdə olmaqla, ölkə ərazisində geniş filial şəbəkəsinə malik bankın, müasir avadanlıqlarla təmin olunmuş 35 filialı və 5 şöbəsi hal-hazırda müştərilərin istifadəsindədir.
DOSTLARINLA PAYLAŞ: