İlham Əliyev: Qaz ehtiyatlarımız 100 ildən çox müddətə kifayətdir
22 İyun 2011 Çərşənbə 22:15
İlham Əliyev: Bu gün biz bununla bağlı mühüm qərarlar qəbul etmək ərəfəsindəyik.
Brüsseldə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşdə iqtisadi məsələlər ətrafında müzakirələr aparıb. Onlardan biri enerji sahəsindəki əməkdaşlıq olub. Avropa Komissiyası prezidentinin yanvarda Bakıya səfərini xatırladan prezident İlham Əliyev bu səfər zamanı Cənub dəhlizi ilə bağlı qəbul olunan bəyannamənin Azərbaycanla Avropa İtifaqı arasında enerji təhlükəsizliyinə töhvə verdiyini deyib.
Prezident bildirib ki, Azərbaycan Cənub qaz dəhlizini dəstəkləyir və bu layihə Azərbaycana bütün ehtiyatlarını reallaşdırmağa kömək edəcək.

“Eyni zamanda avropalı istehsalçılara alternativ etibarlı təhcizat mənbəyi yaradacaq nəhəng qaz layihəsinin icrasına başlamaq üçün ilin sonunadək tranzit ölkələr və potensial istehlakçılarla bütün müzakirələri yekunlaşdırmağa ümid edirik. Bizim nəhəng qaz ehtiyatlarımız var, bu bizə və bizim istehlakçılara 100 ildən çox müddətə kifayətdir. Bu gün isə biz bununla bağlı mühüm qərarlar qəbul etmək ərəfəsindəyik”, - deyə Azərbaycan prezidenti vurğulayıb.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo isə bildirib ki, Avropa Komissiyası bu ilin sentyabrında imzalanacaq müqavillərin ilkin versiyasını hazırlayıb. Gələn il “Eurovision” müsabiqəsinin Bakıda keçiriləcəyinə toxunan Avropa Komissiyasnın prezidenti qeyd edib ki, Azərbaycan bununla umumi Avropa dəyərlərinə və müasirləşməyə meyilliyini nümayiş etdirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar