Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) Beynəlxalq İnkişaf üçün Fondunun Baş direktoru Süleyman əl-Herbişin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Süleyman əl-Herbiş Bakıda keçirdiyi görüşlər barədə məlumat verib. Azərbaycanın dövlət başçısı qurumun Beynəlxalq İnkişaf üçün Fondu ilə Azərbaycanın müvafiq strukturları arasında əlaqələrin uğurla davam edəcəyinə əminliyini bildirib. /ANS PRESS/